Quba rayonunda şəhid övladları üçün döyüş idman növləri təmənasız keçirilir. Bu barədə ShimalNews-a 27 oktyabr tarixində məlumat daxil olub.

Nügədi 1 kəndində yerləşən idman zalına 7 yaşdan başlayaraq tələbələr qəbul olunur. Burada MMA (Qarışıq döyüş sənətləri) və Cudo üzrə məşqlər aparılır.

Müraciət etmək üçün Əfsanə şadlıq sarayının yanına yaxınlaşmaq olar. Əlaqə üçün mobil nömrə 099 998 83 33.

Daha öncə, Quba rayonunda “Məhsul” idman cəmiyyətinin təmənnasız göstərdiyi xeyriyyə haqqında məlumat vermişdik.