Qubada koronavirusa yoluxma hallarının artması məktəblərə təsir göstərib. Bu barədə 27 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Xəstəliyin qarşısını almaq üçün, şəhər 6 saylı məktəb distant təhsilə keçib. Daha 40 məktəblərdə isə bəzi siniflər 14 günlük karantinə bağlanıb. Bu müəssisələrin bəziləri aşağıdakı  siyahıda göstərilib.

Şəhər 2 saylı məktəb – 1 sinif,
Şəhər 3 saylı məktəb – 2 sinif,

Şəhər 4 saylı məktəb – 1 sinif,

Şəhər 6 saylı məktəb – 2 sinif,

I-Nügədi 1 saylı məktəb – 1 sinif,

II-Nügədi 1 saylı məktəb – 3 sinif,

II-Nügədi 2 saylı məktəb – 1 sinif,

Məckə-Xacə kənd İsmət İbadullayev adına ümumi orta məktəb – 2 sinif,

Püstəqasım kənd tam orta məktəbdə – 1 sinif,

Hacıhüseynli kənd Saleh Şahbalayev adına tam orta məktəbdə – 2 sinif,

Qırmızı qəsəbə 2 nömrəli  ümumi orta məktəbdə – 2 sinif,

Alpan kənd Elşad Bayramov adına tam orta məktəb -1 sinif,

Küçeyi kənd Elçin Qeybullayev adına ümumi orta məktəb – 3 sinif.

Həmçinin, Quba şəhər 1 saylı körpələr evi-uşaq bağçasında – 2 qrup, Quba rayon Alekseyevka kənd 17 saylı körpələr evi-uşaq bağçasında – 2 qrup bağlanıb.

Daha öncə, Quba Rayon İcra Hakimiyyətində COVİD-19 pandemiyası ilə bağlı iclasın keçirildiyi haqqında məlumat vermişdik.