Şimal bölgələrinin təhsil müəssisələri 5390 kubmetr odunla təmin olunublar. Bu barədə ShimalNews 27 oktyabr tarixində AZƏRTAC-a istinadən xəbər veririk.
Xaçmazda 122 məktəbdən 59-nun isidilməsi üçün odundan istifadə olunur. Həmin məktəblərin qızdırılmasına 1767 kubmetr odun ayrılıb. Qısa müddətdə bütün istilik sistemi olmayan məktəblərə odun paylanılacaq.
Əksər təhsil müəssisəsində mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bəzi məktəblərdə isə kombi sistemi və fərdi qaz sobaları quraşdırılıb. Yeni modul tipli məktəblər istifadəyə verildiyindən odunla qızdırılan təhsil ocaqlarının sayı azalıb.
Qış mövsümünə noyabr ayının 3-cü həftəsindən keçmək planlaşdırılır.