Şimal bölgələrində mehmanxana xidmətlərindən istifadə edənlərin sayı artıb. Bu barədə ShimalNews 27 oktyabr tarixində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.
Bu ilin yanvar-sentyabr aylarında mehmanxanada gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Belə ki, Xaçmazda 8,8%, Qubada 5,7%, Qusarda 3,8% qədər yüksəlib. Bu göstəricilərin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin payına düşən rəqəm Qusarda 3,2%, Qubada 1,8% təşkil edir.