Şimal bölgələrində “Gənc kadr” təcrübə proqramına start veriləcək

27 Oktyabr 2021, 10:38

gikm rəsmi səhifəsi

Burada 4 istiqamət üzrə təlim baş tutacaq

Şimal bölgələrində gənclər təcrübə proqramına qatılacaqlar. Bu barədə ShimalNews 27 oktyabr tarixində “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin rəsmi səhifəsinə istinadən məlumat verir.

“Gənc kadr” təcrübə proqramına GİKM-nin yerli nümayəndəliklərində start veriləcək. 14-29 yaş arası gənclərə iş həyatında öz yerini tutmaq, təcrübə qazanmaq köməklik göstəriləcək. Sonda isə iştirakçılar sertifikatla təmin olunacaqlar.

Burada 3 aylıq proqram aşağıda sadalanan istiqamət üzrə yer alacaq:

İctimaiyyətlə əlaqələr və sosial media işinin təşkili;
Tədbirlər və layihələr işinin təşkili;
Təlim-tədris işinin təşkili;
Könüllülərlə işin təşkili

İştirak üçün 14 noyabradək qeydiyyatdan keçmək lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.