Şahdağ futbol klubunun keçmiş prezidentinə cinayət işi açılıb

27 Oktyabr 2021, 18:00

Foto açıq mənbələrdən

İbtidai istintaq yekunlaşıb

Şahdağ futbol klubunun keçmiş prezidentinə cinayət işi açılıb. Bu barədə ShimalNews 27 oktyabr tarixində “Unikal.org“-a istinadən məlumat verir.

Ərəstun Niftiyevə Cinayət Məcəlləsinin qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma maddəsi ittiham elan edilib.

Cinayət işində Qusar bələdiyyəsi zərəçəkmiş şəxs qismində tanınıb. İbtidai istintaq yekunlaşıb və baxılması üçün Qusar rayon məhkəməsinə göndərilib. Məlumatı Baş Prokurorluğun mətbuat xidməti təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.