Xudatda kənd toyuq yumurtası adı ilə fermada istehsal olunan məhsulu satırlar. Bu barədə 26 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, bu yumurtaların əslində kənd məhsulu ilə əlaqəsi yoxdur. Çox vaxt yemək hazırladıqda, sındırıb görürsən ki, içi köhnədir. Bunlardan əlavə, qiyməti qaldırıb 40 qəpik ediblər.

Daha öncə, payız fəslində ev quşlarının kütləvi xəstəliklərə yoluxması haqqında məlumat vermişdik.