Xaçmazın 5000-ə yaxın əhalisi Çılğır-Alıcqışlaq-Şıxaput-Aşağı Zeyid-Qaraçaycek avtomobil yolun təmirini gözləyirlər. Bu barədə ShimalNews 26 oktyabr tarixində “AzTv”-yə istinadən məlumat verir.

“Məndə 07 jiqulidir. Jiquliyə mən 3 dənə yeşik, 100-150 kilo yük qoyanda, görürsən yatır arxası, dəyir daşa. Hər il deyirlər təmir edəcəyik, ancaq baxılmır.”,- yerli fermer bildirib. O, Qaraçaycek kəndində yaşayır və kənd təsərrüfatı ilə məşğuldur. Hər il bol məhsul əldə edir, lakin bazara çıxara bilmir. Bu isə yolun yararsız olması ilə bağlıdır.

“Sözü gedən kəndlərə avtomobil yollarının yenidənqurması məsələsi diqqət mərkəzindədir. Həmin avtomobil yolları təmirə ehtiyacı olan yolların siyahısına daxil olur və maliyə vəsaiti ayrılan kimi orada təmir işlərinin həyata keçirilməsi nəzərdə tutulur.”,- Avtomobil yolları dövlət agentliyinin (AAYDA) şöbə rəisi Anar Nəcəfli bildirib.

Daha öncə, Xudatda yol infrastrukturunun təmiri haqqında məlumat vermişdik.