Xaçmaz rayonunda ötən əsrin 50-ci illərində tikilən mədəniyyət ocağı yararsız hala düşüb. Bu barədə ShimalNews 26 oktyabr tarixində “Baku TV”ə istinadən məlumat verir.
Qaraçaycek kəndinin sakinlərinin sözlərinə görə, mədəniyyət klubu qəzalı vəziyyətdədir və heç bir fəaliyyət göstərmir. Vaxtlar var idi burada 200 nəfərlik yer dolurdu və tamaşaçılar çöldə toplaşırdılar. Onların keçmişdə yaşadığılarını gənc nəsilədə qismət olmasını istəyirlər. Vaxtıkən Şövkət Ələkbərova, Əbülfət Əliyev kimi neçə-neçə görkəmli sənətkar burda çıxış ediblər.
Heydər Əliyev adına Xaçmaz Mədəniyyət Mərkəzindən bildirilib ki, üç il bina qəzalı vəziyyətə olduğuna görə, burada yerləşən kitabxana da fəaliyyətini dayandırıb. Yeni binanın tikilməsi ilə bağlı nazirliyə müraciət olunub.