“Qusar Olimpiya İdman Kompleksin”də qızlar arasında turnir başlayıb

26 Oktyabr 2021, 16:35

Azerbaijan Volleyball Federation rəsmi səhifəsindən

Yarışda 10 komanda iştirak edir

“Qusar Olimpiya İdman Kompleksin”də məktəbli qızlar arasında voleybol üzrə açıq turnir start götürüb. Bu barədə ShimalNews 26 oktyabr tarixində Azərbaycan voleybol federasiyasının rəsmi facebook səhifəsinə istinadən xəbər verir.

Tədbiri giriş sözü ilə Gənclər və İdman İdarəsinin (Gİİ) rəisi Emil Əmirmətov açıb. O, yarışın vətən müharibəsində şücaət göstərən igidlərimizdən biri olan Çingiz Qurbanova həsr edilməsi haqqında məlumat verib.

Turnir 10 komandanın (Həzrə, Quxur Oba, Urva 1, Urva 2, Əvəcuq, Gədəzeyxur, Şəhər 2 saylı məktəb, Şəhər 3 saylı məktəb, Şəhər 4 saylı məktəb, Şəhər 6 saylı məktəb) iştirakı ilə keçiriləcək. Qalib komanada noyabr ayında müəyyən olunaraq kubok, medal, diplom və hədiyyələr ilə təltif olunacaq.

Oktyabrın 23-də AVF prezidentinin müşaviri Əbülfəz Hüseynov Qusar rayon İcra hakimiyyətinin başçısı Şair Alxasovla da görüşüb. Görüşdə Qusar voleybol komandasının yaradılmasını və ölkə çempionatında iştirakının vacibliyini vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.