Qusar rayonunun “Futbol hər yerdə” layihəsi çərçivəsində festival təşkil olunub. Bu barədə ShimalNews 26 oktyabr tarixində Azərbayan futbol federasiyası assosiasiyasına istinadən xəbər verir.
Şirvanlı kəndindəki stadionda bərpa işləri görülüb və futbol festivalı keçirilib.
Layihə çərçivəsində stadiona yeni qapılar, künc bayraqları quraşdırılıb, qazon biçilib, meydança xətlənib, stadiona toplar və digər ləvazimatlar, eyni zamanda, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun səfəri zamanı, otbiçən maşın hədiyyə olunub.
Bərpa işlərindən sonra AFFA-nın əməkdaşlarından ibarət komanda ilə kənd sakinlərindən ibarət komanda arasında yoldaşlıq oyunu keçirilib.
Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.