Quba rayonunun meyvə bağlarında payız əkininə start verilib. Bu barədə 26 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
“İndi əkilən ağac bir il qabağa düşür”,- deyir fermerlər. Bu o deməkdir ki, oktyabr və noyabr aylarında əkilən ağac daha yaxşı inkişaf edir. Təcrübəli bağbanlar 1-2 illik qələmlərə üstünlük verir. Halbu ki, çoxu 3-5 illik ağac alaraq məhsuldarlığın daha yaxşı olacağını fikirləşir.
Beləliklə, indi yeni bağlar salınır, köhnə ağaclar çıxarılaraq əvəz olunurlar. Qələm almaq üçün əsasən Alekseyevka, Timiryazev, Zərdabi kəndlərində yerləşən təsərrüfatlara müraciət edirlər.
Hal hazırda ən çox satılan qələmlərin satış qiyməti 1 ədəd üçün bunlardı: gilas 5-6 manat, alça 3-4 manat, şaftalı 3-4 manat, alma 2-3 manat, armud 2- 4 manat, gavalı 2-4 manat.
Satış nöqtələrində bildirilib ki, qiymət yalnız minlərlə ağac aldıqda aşağı ola bilər. Digər hallarda endirim olunmur. Hətta bir çox fermerlər sifariş etmək üçün artıq növbəyə durublar.
