Qubada insan alveri ilə məşğul olan qadının məhkəmə prosesi başa çatıb. Bu barədə Bu barədə ShimalNews 26 oktyabr tarixində “publika.az”a istinadən məlumat verir.

58 yaşlı Züleyxa Orucova (ad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin insan alveri, əxlaqsız yuvası saxlama maddələri ilə açılmışdır. Lakin Züleyxa özünü təqsirli bilməyib.

Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən, “Tamerlan” adlı kafe obyekt kimi 99 illik müqavilə əsasında Züleyxaya verilmişdir.