Qubada şəhid Ömər Mustafayevin adına park inşa olunur. Bu barədə 26 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Park Amsarqışlaq kənd tam orta məktəbin yanında tikilir. Artıq 10 gündür ki, təmir işlərinə başlanılıb. Sakinlərin sözlərinə görə, tikintinin nə vaxt bitəcəyi hava şəraitindən asılıdır və hələlik məlum deyil. Aparılar işlər Quba rayon İcra Hakimiyyəti tərəfindən görülür.
Daha öncə, Qusarda idman məkanının tikintisinə start verilmişdir.
Foto Shimal.news