Qubada Zəfər Günü münasibətilə “Heydər zirvəsi”nə yürüş keçirilib. Bu barədə xəbər AZƏRTAC verib.
Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra tədbirlər reallaşdırılır. Silsilə tədbirlər çərçivəsində Quba rayonu ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən hündürlüyü 3751 metr olan “Heydər zirvəsinə” yürüş təşkil edilib.
Bazardüzü zirvəsinin şərqində yerləşən “Zəfər zirvəsi” fəth olunub.
Yürüşdə nazirliyin əməkdaşları və “Respublika alpinist-turist” idman klubunun üzvləri iştirak ediblər. Zirvəyə qalxanlar arasında gənclər və idman nazirliyinin İdman şöbəsinin müdiri, Olimpiya çempionu Fərid Mansurov da olub.