Qubada yeni futbol stadionu inşa edilir. Bu barədə 26 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Amsarqışlaq kəndində Ağ çayın ətrafı zibil tullantılardan təmizlənərək, kənd sakinləri üçün yeni futbol meydançası tikiləcək. İşlər Quba rayon İcra Hakimiyyəti köməkliyi ilə görülür.
Qeyd edək ki, təmir işlərinə üç gün əvvəl başlanılıb. Hazırda planlaşdırma işləri aparılır. Sakinlərin sözlərinə görə, işlər nə vaxt bitəcəyi hələlik məlum deyil.
