Quba və Qusar rayonlarına ilk qar yağıb. Bu barədə gecə saatlarında, 26 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Sakinlərin sözlərinə görə, gecə saatlarında başlayan yağıntı, səhərədək davam edib. İndi isə artıq əriyir. Lakin kəndlərdə 3-4 santimetr, dağlıq ərazilərdə isə 23 santimetr qalınlığında qar var.

Daha öncə, Şimalın dağlıq kəndlərinə ilk qar yağdığı haqqında məlumat vermişdik.

İzləyicilərimizin bizə göndərdiyi axşam yağan qarın video göruntünüsünü diqqətinizə çatdırırıq.