Xaçmaz rayonunda avtomobil su kanalına düşüb. Bu barədə 25 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Xudatın Ağaverdioba kəndində yol-nəqliyyat hadisəsi baş verib. 4 cü şöbə ərazisində “Opel” markalı minik avtomobili idarəetməni itirərək suvarma kanalına düşüb.

Sakinlərin sözlərinə görə, avtomobilə ziyan deyib. Xəsarət alan olmayıb. Nəqliyyat vasitəsi yük qaldıran kran ilə kanaldan çıxarılıb.

Daha öncə, Qubadan Xınalıqa gedən yolda nəqliyyat vasitəsi dərəyə aşdığı haqqında məlumatı dərc etmişdik.