Xaçmaz rayon sakini qürurverici addım atıb. Bu barədə 25 oktyabr tarixində facebook sosial şəbəkəsində məlumat paylaşılıb.
Müşviq Arzumanov şəhid ailələrinə təmənnasız santexnik xidmələri ilə bağlı köməklik göstərməyə hazır olduğunu bildirib. Bura istilik sisteminin çəkilməsi, su çənlərin qurulması, hamam və mətbəxə aid işlərin görülməsi daxildir.
“Dəyərli şəhid ailələri, çəkinmədən mənə zəng edin. İnşallah vaxt təyin edib, sizə xidmət göstərərəm”,- xeyriyyəçi bildirib. Əlaqə üçün mobil nömrə 055-714-69-79.
Daha öncə, Xaçmazda sürücülük məktəbindən xeyriyyə addımı barədə məlumat vermişdik.