Daxili İşlər Orqanlarında növbəti kadr təyinatı baş tutub. Bu barədə 25 oktyabr tarixində məlum olub.

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rəşad Rəcəbov Qusar Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, R.Rəcəbov bir neçə gün əvvəl Sabunçu Rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunub.