Qusarın Cibir kəndində 4 şəhidin xatirəsi anılıb

25 Oktyabr 2021, 17:25

azertag rəsmi səhifəsindən

Cibir kəndi Vətən müharibəsində dörd, Birinci Qarabağ savaşında isə iki oğlunu şəhid verib

Qusarın Cibir kəndində Vətən müharibəsi şəhidləri Malik Xeyirbəyov, Murad Kəlbiyev, Çoban Nurmətov və Rafik Bəyverdiyevin xatirəsi anılıb. Bu barədə 25 oktyabr tarixində  AZƏRTAC xəbər verir.

Anım tədbirində, şəhidlərin ailə üzvləri, kənd sakinləri, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və diqər qurumlar iştirak ediblər.

Kəşfiyyatçı Malik Xeyirbəyovdur Cəbrayıl, Hadrut və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 26-da Füzuli şəhəri istiqamətində şəhidlik zirvəsinə ucalıb. Qəhrəman döyüşçü ölümündən sonra üç medalla təltif edilib.

Şəhid Murad Cəbrayıl və Füzulinin azad olunması əməliyyatlarında fəal iştirak edib. Oktyabrın 6-da Füzuli istiqamətində şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Xüsusi təyinatlı qüvvələrin baş giziri olan Çoban Nurmətov Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 23-də Xocavənddə şəhid olub. Ölümündən sonra 5 medalla təltif olunub.

Rafiq Bəyverdiyev Vətən müharibəsi başlananda könüllü cəbhəyə yollanıb. Oktyabrın 20-də şəhid nəşi düşmən tərəfində qalıb. Noyabrın 17-də nəşi qarşı tərəfdən götürüldükdən sonra dəfn olunub. Rafiq Bəyverdiyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Qeyd edək ki, Cibir kəndi Vətən müharibəsində dörd, Birinci Qarabağ savaşında isə iki oğlunu şəhid verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.