Qusar rayonunda şum prosesinə start verilib. Bu barədə 25 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Mütəxəssislərin sözlərinə görə, sahələrdən bol məhsul əldə etmək üçün mühüm şərtlərdən biri də torpağın vaxtında şumlanmasıdır. Bununla əkin torpağın dincə qoyulması və dənin yüksək səviyyədə qidalanmasına şərait yaradılır.
Ötən il, Qusarda 30 min hektardan çox sahə şum prosesinə hazırlanmışdır. Onların əksəriyyəti, əsasən, biçilən əkin sahələri olub. Beləliklə şum işlərinə 100-dən artıq texnika cəlb olunmuşdur.