Qubada şəhid bulağının açılışı baş tutacaq. Bu barədə 25 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

İkinci Qarabağ müharibəsində canını fəda edən şəhid leytenant Səttər Piriyevin doğum günü münasibəti ilə anım mərasimi keçiriləcək. Tədbir 25 oktyabr tarixində baş tutacaq. Saat 10:00-da kənd qəbirstanlığında şəhidin məzarı ziyarət olunacaq. Daha sonra, saat 11:00-da bulaq kompleksinin açılışı olacaq.

Qeyd edək ki, Quba rayon Zərdabi qəsəbəsi Bayram Şixəmirov adına olan tam orta məktəbin şagirdləri şəhidin xatirəsini anıblar.

Leytenant Piriyev Səttər Xocavənddə gedən döyüşlərlərdə şəhidlik zirvəsinə ucalıb.