Qubada sakinlər kanalizasiya ilə bağlı çətinliklərlə qarşılaşıblar. Bu barədə 25 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Əliqulu Nərimanov küçəsində kanalizasiya dolub və ətrafa daşaraq gölməçə əmələ gətirib. Sakinlərin sözlərinə görə, burada yaşayan əhali iydən və antisanitar vəziyyətdən çölə çıxa bilmir və uşaqlarını həyətə buraxmırlar.. Bu vəziyyət səki ilə hərəkət edənlərə də mane olur.

Sakinlər deyirlər ki, bu vəziyyət uzun müddətdir ki, davam edir. Onlar çıxış yolunu bu xətti dəyişməkdə görürlər.