Quba və Qusar gəncləri rəsm sərgisində iştirak ediblər. Bu barədə 25 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Gənclər tanınmış rəssamlarla görüşərək onların əsərləri ilə tanış olublar. Daha sonra “Ustad dərsləri”nə cəlb olunublar. Beləliklə sayca 3-cü rəngkarlıq simpoziumu yekunlaşıb.
İştirakçıların sözlərinə görə, tədbir çox maraqlı keçib. Tanınmış simalar, onların suallarına ətraflı cavab veriblər.
Daha öncə, 3-cü “ART Zone” simpoziumu təşkil olunacağı haqqında öncədən ətraflı məlumat vermişdik.