Son qeydiyyat 26 oktyabr tarixi
Şimaldan olan tələbələr “Kibertəhlükəsizlik” təlimlərində iştirak edə bilərlər. Bu barədə ShimalNews 25 oktyabr tarixində “Azərbaycan Respublikasının Təhsil Institutu”na (ARTİ) istinadən xəbər verir.
Dərslər ARTİ beynəlxalq ekspertlərin və Böyük Britaniyanın aparıcı universitetlərində mütəxəssislərinin iştirakı ilə baş tutacaq.
Layihənin məqsədi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə, müasir taktika, texnika və prosedurlar haqqında nəzəri bilik və praktik bacarıqların mənimsənməsindən ibarətdir.
Təlimlərə qatılmaq üçün tələblər: 2-ci və daha yuxarı kurs tələbələri, informasiya texnologiyaları sahəsində təhsil alan, ingilis dilini bilənlər müraciət edə bilərlər.
Meyyarlara uyğun gələn şəxslərdən 26 oktyabr 2021-ci il tarixinə qədər qeydiyyatdan keçməlidirlər.