Atası yaşadıqlarından danışdı
Xaçmazlı şəhid Cabar Əkpərovun atası, oğlunun 67 gün sonra dəfn edilməsi haqqında danışıb. Bu barədə ShimalNews 23 oktyabr tarixində “Publika.az“a istinadən xəbər verir.
“Son zəngi sentyabrın 30-da oldu. Bir neçə gün gözlədik, oğlumdan nə zəng gəldi, nə də bir soraq. Sonra axtarış verdik, noyabrın 18-i Rusiyadan gəldim, hərbi hissələrdə oldum, Hərbi Prokurorluğa getdim, Prezident Aparatına və digər orqanlara məktub yazdım, komandirləri bizə dedi ki, Murovdadırlar, ona görə zəng çatmır. Halbuki oktyabrın 1-də şəhid olublar, cəsədləri neytral bölgədə qaldığı üçün təhvil verə bilməyiblər. Sonra morqları gəzib bir-bir tanınmaz hala düşən şəhidlərə baxdım… O günlərdə nə yaşadığımı demək çətindir, bircə onu deyim ki, dözülməz idi… Dekabrın 6-da axşam saatlarında Hərbi Prokurorluğdan xəbər verdilər ki, DNT (kimliyinin müəyyən olunması) testi təsdiqlənib, oğlunuzun cənazəsini sabah göndəririk. Şəhid olandan 67 gün sonra dəfn olundu”,- şəhid atası Əşrəf Əkpərov danışıb.
18 yaşlı Cabar Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da mühasirəyə düşüb və şəhid olub. O, 2 ayın əsgəri olmasına baxmayaraq, döyüşlərə qatılmışdır.
Cabar idmançı olub. Kikboksinq sahəsində, medal və fərmanlarla təltif olunub.
15.12.2020-ci il tarixli sərəncamına əsasən, Cabar Əkpərov ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.