Xaçmaz rayonunda yanğın baş verib. Bu barədə ShimalNews 23 oktyabr tarixində FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Hadisə Arzu qəsəbəsində baş verib. Tövlə çardağının ümumi sahəsi 50 kvadrat metr sahəsi yanıb. Həmçinin, daxildə yerləşən ot bağlamasının 4 tonu yanıb. Ot bağlamasının 2 tonu və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. FHN-nin mühafizə bölmələri yanğının qarşısını alıb.

Daha öncə, Niyazoba kəndində yanğın haqqında məlumat vermişdik.