Qusarda idman məkanının tikintisinə start verilib.  Bu barədə 23 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Heydər Əliyev prospektində, ümumi 2,3 hektar sahəsində stadion inşa olunur. Burada bütün zəruri infrastruktur yaradılacaq. Tribunalar tavanla örtüləcək. Əsas meydanın ətrafında qaçış zolağı salınacaq. Həmçinin 3800 kv.m yaxın yaşıllaşdırılma layihəsi planlaşdırılıb.

Daha öncə, Qusarda AFFA-nın rəhbərliyi gənc futbolçularla görüşü haqqında məlumat vermişdik.