Qusarın Sudur kəndinin adının mənşəyi

23 Oktyabr 2021, 18:00

Foto Shimal.news

Əfsanəyə görə, kəndin adı ləzgi hökmdarı Saturla bağlıdır

Sudur kəndi Qusar rayonunun qərbində, Rusiya sərhədinə yaxın məsafədə yerləşir.

Sudur kəndinin adı ilə bağlı bir neçə rəvayət var. Onların birinə görə, sözün mənşəyi ləzgi hökmdarı Saturun adından yaranıb. Bir gün döyüşdə ağır yaralanan Saturu bu kəndə gətiriblər. Buranın loğmanları yaylaq otlarından hazırlanmış dərmanlarla, hökmdarı müalicə ediblər. Düşmənləri qovduqdan sonra, Satur bu kənddə məskən salıb və kənd də onun adı ilə adlandırılıb. Sonra isə  “Satur” sözü dəyişərək “Sudur” formasını almışdır.

Alim, filologiya elmləri doktoru R.Heydərovun fikrincə, ləzgi dilində  “Stur”, “sutar” – fiqurlar deməkdir. Beləliklə, qədim zamanlarda ləzgilər bir sıra kənd təsərrüfatı işlərini görərkən, vaxtı təyin etmək məqsədi ilə kəndin günbatan hissəsində hündür bir yerdə daşlardan müxtəlif fiqurlar düzəldərdilər. Daş fiqura “suf” deyirdilər. Həmin söz cəm halında “stur” kimi işlənirdi.

“Sudur” adının yaranması ilə bağlı tədqiqatçı Müzəffər Məlikməmmədov ehtimal edir ki, kəndin qədim adı “Stu” olmuşdur. Bu sözün cəm halının şəkilçisi “yar” dəyişilərək “ur” halına düşmüşdür.

Kəndin sakinləri qədim vaxtlardan heyvandarlıq və kənd təsərrüfatı ilə məşğul olublar. Hal-hazırda kənddə 60 yaxın yaşayış evi var və əhalisi 300 nəfərə yaxındır.

 

Mənbələr:

  1. Sədaqət Kərimova. Qusar, qusarlılar. Bakı-2011.
  2. https://www.youtube.com/watch?v=dMA4QXAN3Ak
  3. https://oxu.az/turism/311264

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.