Qusarda ASAN Səyyar xidmət göstəriləcək. Bu barədə 23 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Rayon İcra Hakimiyyətin önündə ASAN 7 avtobusu vətəndaşları qəbul edəcək. Bura oktyabrın 28-dən başlayaraq 26 noyabradək müraciət etmək olar. Əsas məqsəd səyyar şəkildə göstərilən dövlət xidmətlərinin vətəndaşlara daha rahat üsulla təmin edilməsidir.

Əhali həftənin 5 günü müraciət edə bilər. Saat 10:00-dan 18:00-dək fəaliyyət göstərir. Saat 14:00-dan 15:00-dək nahar fasiləsidir. Şənbə və bazar günləri qeyri iş günüdür.