Qusarda, çoxmərtəbəli binanın sakinləri kanalizasiya ilə bağlı çətinliklərlə qarşılaşıblar. Bu barədə 23 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Heydər Əliyev prospektində yerləşən binanın sakinləri bildiriblər ki, 10 gün ərzində onlar sanitar qovşağından istifadə edə bilmirdilər. Dözülməz antisanitar vəziyyət ilə bağlı səlahiyyətli qurumlara müraciətlər olunmuşdur. Bugün “Azərsu” ASC-nin briqadası bu əraziyə cəlb olunub, zəruri işlər görülsün.

Daha öncə, Xudatın bir sıra ərazilərində suyun 1 həftə olmaması haqqında məlumat vermişdik.