Qubada məktəblər arası futbol turniri şəhid xatirəsinə keçirilib. Bu barədə 23 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Şəhər məktəblərinin şagirdləri “28 may” parkında məharətlərini göstəriblər. Bununla şəhidlik zirvəsinə ucalan Ülvü Məmmədovun xatirəsi yad edilib. Sonda qalib olan 7 saylı orta məktəb komandası xatirə şəkili çəkib.

Daha öncə, Qusarda AFFA-nın rəhbərliyi gənc futbolçularla görüş keçirdiyi haqqında məlumat vermişdik.