Qubada ödənişsiz şahmat kurslarına start verildi. Bu barədə 23 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.
Alekseyevka kənd orta məktəbində pulsuz dərslərə başlayıb. İlk həftə 4 dəfə, növbəti isə 2 dəfə (çərşənbə axşamı və çərşənbə) məşğələ keçirilir.
5 yaşdan yuxarı uşaqlar məktəbə yaxınlaşaraq müraciət edə bilər. Qeydiyyat tək şəxsiyyət vəsiqəsi ilə aparılır.
Daha öncə, Qubada “8 noyabr – Zəfər günü”nə həsr olunmuş şahmat turniri haqqında məlumat vermişdik.