Qubada Vətən müharibəsi şəhidinin doğum günü anılıb. Bu barədə 23 oktyabr tarixində AZTV xəbər verib.

“Şair” ləqəbli Orxan Ömərovun uşaqlığı Qonaqkənddə keçib. O, vətənpərvərlik və qəhrəmanlıq mövzularına xüsusi həssaslıqla yanaşırdı. Şeirlərə olan sevgisi yaşadığı kəndin təbiətindən qaynaqlanırdı.

“O tarix yazan qərhrəman olduğu kimi, həmdə şeyirlərdə yazıb, kitabları da işıq üzü görüb. Burda vətənpərvərlik ruhu öz əksini tapır. Mübarizə aid şeyirləri var. Özünü Mübarizə bənzədir.” – şəhidin bibisi oğlu bildirib.

Daxili qoşunların çavuşu Ömərov, Vətən müharibəsi zamanı Füzulinin və son dəfə Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq noyabrın 7-də şəhidlik zirvəsinə ucalıb. 15.12.2020-ci il tarixli sərəncama əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib.