Quba şəhərində yaşayış evində yanğın baş verib. Bu barədə 23 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Cəfər Cabbarlı və Fətəli Xan küçələrinin yanındakı dalanda ev yanır. Hadisə yerinə 3 yanğın söndürən və 5 post-patrol xidmətinin avtomobili cəlb olunub.

İlkin məlumata görə xəsarət alan yoxdur. Yanğın qısaqapanma nəticəsində baş verib.