Xaçmaz rayonunda yolların asfaltlanması işləri aparılır. Bu barədə 22 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.

Bu dəqiqə aparılan işlərlə izləyicilərimizi tanış edirik.

Xudat şəhərində, “Mostun üstü” adlanan ərazidə, köhnə asfalt qaldırılaraq əvəzinə yenisi salınır. Həmçinin, yolun üzərindən keçən qaz xətti demontaj olunur. İşçilərin sözlərinə görə yeni qaz xətti yerin altı ilə aparılacaq.

Beləlikə, nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb. Yolun adı çəkilən hissəsində müvəqqəti sıxlıq müşahidə olunur.

Daha öncə, “Mostun üstü” adlanan ərazidə səkilərin bərpası işləri haqqında məlumat vermişdik.

Foto Shimal.news
Foto Shimal.news