Xudat şəhərində Molla Pənah Vaqif küçəsində məişət tullantıları təmizlənmir. Bu barədə 22 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, tullantılar xüsusi ayrılmış yerdə ən tezi həftədə bir dəfə təmizlənir. Yaxınlıqda tərəvəz bazarı var, bazardan bütün tullantılar ora atılır. Natəmizlik və qoxu sakinlərin narahatçılığına səbəb olur.
Daha öncə, Xaçmaz rayonunda Qusarçayla Dədəli kəndlərinin kəsişdiyi ərazidə zibillik illərlə təmizlənmir.