Xaçmaz rayonunda koronavirus infeksiyasının qarşısını almaq üçün reyd keçirilib. Bu barədə 22 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.

İctimai nəqliyyatda və qapalı məkanlarda tibbi maskadan istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılıb.

Peyvənd olunmayan taksi sürücüləri və taksidə ön oturacaqda əyləşərək, tibbi maskadan istifadə etməyən sərnişinlər barədə protokol tərtib olunub.