Xaçmaz: Niyazoba kəndində yanğın baş verib

22 Oktyabr 2021, 10:00

Depositphoto

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb

Xaçmaz rayonunda yanğın baş verib. Bu barədə ShimalNews 22 oktyabr tarixində FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Niyazoba kəndində həyətyanı sahəyə yığılan 9 ton ot bağlaması yanıb. Ətrafdakı tikililər yanğından mühafizə olunub. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha öncə, Xaçmaz rayonunda istirahət mərkəzinin yanında yanğın baş verdiyi haqqında məlumat vermişdik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.