Xaçmaz-Quba istiqamətində elektrik enerji təchizatı şəbəkəsi yenilənir. Bu barədə 22 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

İşlər Xaçmaz rayonunun Armudpadar, Yergüc və Üçgün kəndlərinin ərazisində aparılır. Yüksək gərginlik xəttləri çəkilir və yeni dirəklər quraşdırılır. Daha sonra, elektrik transformatorların quraşdırılması planlaşdırılır.

Sakinlərin sözlərinə görə, uzun müddət elektrik təminatında çətinliklər var. Gecələr tez-tez işıq olmur və ya gərginlik aşağı olur. Onlar bunu əhalinin artması ilə əlaqələndirirlər.

Daha öncə, Xaçmaz şəhərində işıq dirəklərinin yenilənməsi haqqında məlumat vermişdik.