Xaçmaz: şəhid Hüseyn Sultanovun il mərasimi keçirilib

22 Oktyabr 2021, 17:10

AZƏRTAC rəsmi səhifəsindən

Tədbir Hacıqurbanoba kəndində baş tutub

Xaçmazda Vətən müharibəsi şəhidi Hüseyn Sultanovun xatirəsi anılıb. Bu barədə 22 oktyabr tarixində AZƏRTAC xəbər verir.

Hacıqurbanoba kəndində keçirilən anım mərasimində şəhidin döyüş və tələbə yoldaşları, ailə üzvləri, kənd sakinləri və Xaçmaz Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Səfərbərlik çağırışı əsasında cəbhəyə yollanan Hüseyn Sultanov müharibənin ilk günlərindən döyüşlərə qoşulub və düşmənin məhv edilməsi zamanı fəallıq göstərib.

Cəbrayıl və Füzulinin azad olunması uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Füzuli istiqamətində döyüşərkən mərminin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.