Qusarda şəhid övladları üçün tədbir keçirilib

22 Oktyabr 2021, 12:00

AZƏRTAC rəsmi səhifəsindən

Heydər Əliyev Mərkəzin nümayəndəliyi tərəfindən hədiyyələr təqdim olunub

Qusarda şəhid övladları “Mənim atam qəhrəmandır” layihəsinə cəlb olunublar. Bu barədə 22 oktyabr tarixində AZƏRTAC  xəbər verib.

Dəvət edilən şəhid övladları və ailə üzvləri mərkəzlə tanışlıqdan sonra Uşaq İncəsənət və şəhər 4 saylı tam orta məktəbin şagirdlərinin ifasında konsert proqramını dinləyib, kinozalda cizgi filmlərini seyr ediblər.

Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidlərinin övladları üçün layihəyə əsasən mərkəzin bir günü bütövlükdə həsr olunur.

Şəhid övladlarına Qusar rayon Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qusar rayon üzrə nümayəndəliyi tərəfindən hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.