Qubada ərzaqların qiymətlərinin müşahidəsi davam edir. Bu səfər müqaisə üçün iri marketlər şəbəkəsində, 22 oktyabr tarixinə olan durum haqqında ShimalNews-a məlumat daxil olub.
Əldə etdiyimiz məlumata görə, marketlər şəbəkəsində ortalama 1 kiloqram üçün qiymətlər: kələm – 1,5 manat; kök – 1,4 manat; ağ turp – 1,8 manat.
Bazarda isə 1 kiloqram ərzaq üçün qiymətlər: kələm – 1,2 manat; kök – 1 manat; ağ turp – 1,8 manat.
Qiymətin artımı səbəbini soruşduqda, market işçiləri adət halına çevrilən cavab veriblər: “Baha alınır mal, buna görə də baha satırıq”.
Daha öncə, sakinlərin yuxarıda sadalanan ərzaq qiymətləri artımı ilə bağlı fikirlərini dərc etmişdik.