Qubada şəhidin xatirəsi anılıb

22 Oktyabr 2021, 9:34

Quba icra rəsmi Facebook səhifəsindən

Tədbir rayonun Qımıl kəndində baş tutub

Quba rayonunda Vətən müharibəsi şəhidi Nuran Mirzəyevin xatirəsi anılıb. Bu barədə AZƏRTAC  xəbər verir.

Qımıl kəndində keçirilən mərasim zamanı döyüş yoldaşları, kənd sakinləri, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və diqər qurumlar şəhidin ailəsi ilə görüşüb və xatirəsinin əbədiləşdirildiyi bulaq kompleksini ziyarət ediblər.

Həqiqi hərbi xidmətini iki il əvvəl başa vuran Nuran səfərbərlik çağırışı əsasında Vətən müharibəsinə yollanıb. O, Füzuli, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Oktyabrın 19-da Qubadlı istiqamətində şəhidlik zirvəsinə ucalıb.

Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətdə fərqləndiyinə görə” medalları ilə təltif olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.