Quba Rayon İcra Hakimiyyətində COVİD-19 pandemiyası ilə bağlı vəziyyəti və peyvəndləmə prosesi ilə bağlı iclas keçirilib. Bu barədə 22 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

Tədbirdə icra nümayindələri, müəssisə və idarə rəhbərləri iştirak edib. Əsasən rayon üzrə yoluxma sayının artması, əhalinin peyvənd olunmağa cəlb olunması və prosesi dahada surətlənməsi müzakirə olunub.

Əldə etdiyimiz məlumata görə, bugün Quba rayon sakinlərinin 62 faizi vaksin olunub. Onların 129.500 sinovac və 105 pfizer təşkil edir. 3-cü doza üçün artıq müraciət edənlər var.

Həmçinin, Rayon Mərkəzi xəstəxanasında 112 nəfər müalicə alır. Burada Quba (64 nəfər), Qusar, Xaçmaz və Şabrandan müalicə alanlar yerləşdirilib.