Hadisə yol kəsişməsində baş verib
Quba şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 22 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub
“VAZ 2106” markalı minik avtomobili və “KAMAZ” markalı yük avtomobilləri toqquşub. Hadisə saat 12:30 radələrində, General Əsədov və Fətəlixan küçələrinin kəsişməsində baş verib.
Xəsarət alan yoxdur.
Daha öncə, Quba-Xaçmaz yolunda 4 nəfər yol-nəqliyyat qəzasında dünyasını dəyişdiyi haqqıda məlumat vermişdik.