Quba rayonunda Vətən müharibəsi şəhidinin il dönümü mərasimi keçiriləcək. Bu barədə 22 oktyabr tarixində Shimal.News-a məlumat daxil olub.
İkinci Qarabağ müharibəsində canını fəda edən Ülvi Məmmədovun il mərasimi keçiriləcək. Tədbir 23 oktyabr, Alekseyevka kəndində baş tutacaq. Saat 11:00-da kənd qəbirstanlığında ziyarət olacaq. Daha sonra, 12:00 şəhidin evində ehsan süfrəsi veriləcək.
İştirak etmək istəyən hər kəs dəvətlidir.