Xudatda şagird olüb

21 Oktyabr 2021, 16:15

Depositphoto

Hadisə 5 nömrəli məktəbdə qeydə alınıb

Xudat şəhər məktəbində halı pisləşən 8-ci sinif şagirdi ölüb. Bu barədə 21 oktyabr tarixində  APA  məlumat verib.

5 nömrəli məktəbin şagirdi Rəcəbova Xədicə məktəbdə vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılan uşağı xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.