Xaçmaz şəhərində qaz xəttlərinin qış qabağı yoxlanılması və yenilənməsi işləri aparılır. Bu barədə 21 oktyabr tarixində ShimalNews-a məlumat daxil olub.

“Azəriqaz” İB tərəfindən, şəhərin S.Şirazi, H.Hüseynov, Şirvanşahlar və digər yeni salınmış məhəllələrində mavi yanacaq xəttləri çəkilir. Borular və avadanlıqlara baxış keçirilir. Nasazlıq aşkar olunduqda, təmir işləri aparılır.

Daha öncə, Xudatda yeni qaz sayğaclarının quraşdırılması haqqında məlumat vermişdik.